Рубрики
Мысли вслух

Smartphone xəstəliyi

Smartphone-lardan asılılıq əsrimizin xəstəliklərindən biridir, özəlliklə ondakı oyunlar. Apple, Google və Facebook bu problemin üzərində işləyirlər ki, istifadəçilər istifadə vaxtını nəzarət altında saxlamağı bacarsınlar. Tədqiqatlar göstərir ki, smartphone insanlar üçün çox vacib atributa çevrilib.

«Business İnsider» saytl sorğu keçirərək belə bir saul veribləri ki, smarphone istifadəsinə görə onlar nədən imtina etməyə hazırdılar. Sorgu 18-34 yaş arasında olan şəxlər arasında aparılıb. Onlara SP isifadəsi qarşılığında nədənsə imtina etməyə hazır olquqları sualını veriblər.

41% — həftədə bir dəfə duş qəbul edərək qalan zamanı SP həsr etmək, hətta gigyenadan imtina edərək sosial şəbəkə, electron poçt və messencerləri yoxlamaq imkanları olsun  
54% — film və television baxmaqdan
28% — ev heyvanları ilə ünsiyyətdən
23% — kofeindən imtinaya hazırdılar
17% — diş təmizləməkdən

Onu da demək lazımdır ki, müasir SP çox şeydən imtina etmək imkanı yaradır, amma gigiyenadan imtina məncə artıq qəbuledilməzdir.

Bəs siz nədən imtina edərdiniz?