Рубрики
Мысли вслух

Uşaq

Instagramda çox «maraqlı» mesajlar gəlir. Dünən də bir qadın yazıb ki, 3 uşağım var, 4, 2 yaş və 2 aylıq. Yəni 2 ildən bir doğur. Amma davamında yazır ki, ərimlə kirayədə yaşayırıq, uşaqlara yemək, Pampers, mən nə bilim filan şey lazımdır, imkanımız yoxdur, kirayəni verə bilmirik.

Belələri başa düşmür ki, uşaq bir cavabdehlikdir, onu böyütmək üçün çox pul lazımdır. Əgər imkanın yoxdursa, hər iki ildən bir uşaq dünyaya gətirmək nəyə lazımdır?!

İnsanlar nə qədər düşüncəsizdir! Deməli əri 1 dəqiqəlik həzz alması üçün digərləri işləyərək, ona yardım etməlidir. Təəsüf ki, hələ də uşağın böyük bir cavabdehlik olmasını anlamırlar.

gülbaşımıza