Рубрики
Моя работа

Alain Prost

ilə görüş Fransız Səfirliyində baş tutdu. Xanım Səfir Aurelia Bouchez ilk sözü alaraq Alain Prost haqqında fikirlərini və onun tarixi şəxs olduöunu söylədi. Sonra Prost Formula1, Renault Sport F1 team və Azerbaijan Formula1 yarışması ilə bağlı fikilərinin ərz etdi. Sonradan media üzvlərinin suallarına ətraflı cavab verdi. 

Alən (azərbaycanca belədir) Renault komandasının səfiri və konsultandıdır. Haqqında gələn il bədii film çəkiləcək. O bir əfsanədir, onunla görüşmək çox sevindirici haldır, çünki biz hələ gənc olanda o artıq çempion idi. 

Sonra xanım Səfirin dəvəti ilə kokteylə qatıldım. Çox tanışlar vardı, yeniləri ilə tanış oldum. Sonda isə Madame Bouchez ilə sağollaşanda o mənimlə rus dilində danışmağa başladı və bizim keçən il tanış olduğumuzu xatırlatdı. Mən onun mükəmməl yaddaşına və Ona heyran oldum. Onu da söyləməliyəm ki, hər zaman Fransaya və fransız xanımlarına rəğbət bəsləmişəm. 

Hər zaman fəxrlə deyirəm ki, Fransada 15 dəfə olmuşam. Paris çox gözəldir, amma regionlar valehedicidir, özəlliklə Bordo və Côte d’Azur. 2012-c ildə Nice-da olarkən bütün sahilyanı şəhərləri gəzmişəm. Əsl dincəlməli yerlərdir.