Рубрики
Мысли вслух

Əlin cibində olsun

Proloq. Öyrən də, goruma aparmayacağam ki?! (Atalar sözü)

Dünən bir kafedə abed eliyirdim. Arada da gəlib gedənlərə baxırdım, beynimdə xaralterlərini təyin edirdim. Bu beynimin qan dövrqnının sürətləndirir, işini yaxşılaşdırır. 

Bir qadın ilə kişi daxil oldu. Hər ikisi yaxşı geyinmişdilər, orta yaşlı idilər. Qadın 45-50 yaşlarında, çox dəbli qeyinmişdi, görünürdü ki, özünə baxır, fitnes zad, sağlam qida filan. Srazu görünürdü ki, təzə münasibət qururlar və svidaniyaya çıxıblar. Qadın öndə gəlirdi, kişi də arxansınca utana utana, əlləri də cibində. O da stilni kəstum-şalvar geyinmişdi, özü də ucuz-mucuza oxşamırdı. Gözündə də Ray Ban açki. Amma nədən hər iki əli cibində idi? Yanımdan keçəndə, hələ gördüm ki,bir əlində də böyük smartfon cibinə yerləşmir. 

Niyə bu cütlüyə fikir verdim. Belə müasir geyimli və xarici görünüşü olan və əli cibində… Səbəbi də özgüvəninin aşağı olması, qərarlı deyildi ki, düz edir, ya yox. Bəlkə görən olar. Elə bil deyirdi ki, bu mənə lazım döy, day Xanım istiyir, mən də gəldim. 

Bu anda facebookdan bir şəkil xatırladım, yəni yadıma düşdü. Bir gözəl göyçək qadının əri ilə şəkili. Toli nişan idi, toli ad günü, amma o da bir əli ilə onu qucaqlamışdı, digəri şalvarın cibinə. 

Vapşe tez tez belə şəkillər görürəm. Bəs bu nə deməkdir? Həm uşaqlar, həm böyüklər utanarkən və ya kimdınsə çəkindikləri zaman və ya özlərini təhlükə də hiss etdikdə əllərini cibinə qoyurlar, yəni onları gizlətməyə çalışırlar. Etiketə görə ictimai yerlərdə və tədbirlərdə əli cibinə yerləşdirmək qəbul olunmazıdır və mədəniyyətsizlik sayılır. 

Hələ uşaaqlıqdan valideynlər uşaqlara zameçaniye eliyillər ki, əllər cibdə olanda uşaq yıxılarsa, özünü qoruya bilməyəcək, çünki əlini çıxarmaq vaxtı olmayacaq. Amma onlar etik və mədəniyət tərəfini anlatmırlar. Çünki heç özləri də bilmirlər. Bəzən auditorya önündə çıxışlar zamanı spikerlər də belə edirlər, çünki əllərini nə edəcəklərini bilmirlər. Bundan başqa, insanlar yalan danışanda və ya qeyri səmimi olan zaman, əllərini cibinə qoyur. Bunu psixoloqlar deyir. 

Epiloq. Bir sözlə, atalar «əlin cibcində olsun» deyəndə onu nəzərdə tuturdular ki, şot (haqq hesab) sənniydi, yoxsa əlin cibində gəz yox. 

Mənnən atmax, sizdən tutmax.