Рубрики
Мнение

Mən DİNdə olsaydım…

Dövlət strukturları daha kreativ olmalıdır, hər bir neqativ hadisəni yaxşı imicə çevirməlidir. Necə ki, ASAN Xidmət edir.

Məsələn, təcrid qadağasını pozanları 15 sutka koronovirus xəstəsi olanlara palatada qulluq eləməyə məcbur etmək, həyətə zibil atanları isə hamının gözü önündə bütün məhləni yumaq, sonra də bütün rayonu zibildən təmizləmək kimi cəzalar verə bilərdilər. Əlbəttə məhkəmə qərarıı ilə. Yoxsa, o boyda qvardiyanı 11 nəfərə görə tökmək, evdən aparıb, büdcə hesabına yedizdirib-içizdirib saxlamaq, sonra isə məhlədə qəhrəman etmək kreativlik deyil. 

DİN bu vəziyyəti öz imicini yüksəltmk üçün yaxşı istifadə edə bilərdi, amma edə bilmədi.

P.S. Heç kimin digərini təhqir etməyə haqqı yoxdur, istər polis olsun, istər vətəndaş, istər həyətdə, istər sosial şəbəkələrdə. Belə hallarda həmin şəxslər cavabdehlik daşımalıdır. 

Sosial şəbəklərdə polisin anasını-bacısını söyənləri də cəzalandırmaq lazımdır. Ə, mədəniyyətiniz, mərifətiniz, qanacağınız olsun. Fikirlərinizi adam kimi yazın, ailəsini niyə təhqir edirsiniz???