Рубрики
Мысли вслух

Zibilin biri zibil!

«Şəhəri zibilləməyin, axı o sizin sifətinizdir!» -deyən bir reklamı uzun zaman öncə radioda eşitmişdim. 

Piyada evə gedirdim, Filarmoniyanın arxasında ayaq saxlayıb, ətrafa göz gəzdirdim. Şəhərin tam mərkəzində belə bir park. Ağaclar, qazon, əski qala divarları… Uşaqlıqda bu parkda çox olmuşam, hətta yadımfadır ki, qala divarının yanında ağacların arasında müalicə üçün labaratoriya var idi. Orada boğazım üçün prosedur alırdım. Uşaqlıqdan 2 zəif nöqtəm var, biri boğazdır. 

Sözüm ondadır ki, baxıram sakinlər gəzir, siqaret kötüyünü, yediklərinin tullantılarını, paketləri və tumu yeyib, qabığını yerə atırlar. 

Heç kim isə düşünmür ki, bu gözəlliyə nə qədər pul xərclənib, gündəlik nə qədər adam buranı təmizləyir, sulayır, bir sözlə bunların belə olması üçün əziyyət çəkilir. Heç kimin də… hhmmm… vecinə deyil. Çünki ailədə alınan tərbiyə elə o səviyyədədir. Atası, anası, babası,nənəsi atır deyən, o da atır. Sonra çıxıb facebookda yekə yekə patriotluqdan, vətən sevgi, mənnəbilimnə yazır. #Gülbaşımıza