Рубрики
Мысли вслух

Valideyn eqoizmi

1 iyun Uşaqlar günüdür. Bu günü bizim ölkədə keçirərək nəyə nail oluruq? Necə ki, 1 əsr bundan öncə uşaqların haqqı pozulurdusa, indi də eyni vəziyyətdir. Hətta müasir hesab etdiyimiz ailələrdə eyni halları görürük.

Valideynlər öz arzularını uşaqlarıa məcbur edib qəbul etditrirlər. «Uşaqsan, sən bilməzsən», «Uşaqsan, otur yerində, mama-papa hər şey edəcək», Sən filankəs olmalısan, filankəslə evlənməlisən və sairə zorlamalar hələ də ölkəmizdə tətbiq olunur. Xalxın sözünə görə uşaqlarını bədbəxt edən Ata-Anaya nə ad vermək olar?

Dünən bir gənc məndən soruşdu ki, nə məsləhət görərdiniz. Dedim ki, yığış, çıx get Amerikaya, Avropaya, həyatını orada, ailəndən uzaqda yaşa. Daha uğurlu və xoşbəxt olacaqsan. Heç nədən qorxma, tələsmə, azad və sərbəst yaşa!

Mən öz oğluma uşaqlıqdan tam azadlıq və sərbəstlik vermişəm ki, öz həyatını özü qursun. 

Saxta bayramınız mübarək! #gülbaşımıza