Рубрики
Travel

İtaliya təəssüratları


Deməli belə ki, 4 gün İtaliya məmləkətinin Bolonya şəhərində bir şey anladım ki, Spaghetti Bolognese məhz elə bu rayonda yaranıb. 

İtalyanlar əlbəttə ki, çox kreativ xalxdı. Kişiləri modnıdılar. Qadınlara gələndə isə küçədə heç gözəl qız görmədim. Söz gəzir ki, qəşəng qızlar ya model olur, ya aktrisa, ya da televiziyada işləyir. Bakıdakı kimi, küçələrdə külli miqdarda gözəl qadın görməzsən. Yenə də özümüzünkülər!

Bu ölkənin ən böyük problemlərindən biri WiFi-dır. Valla bizdə uje tualetlərdə də pulsuz wifi var. 

Şəhərdə binalar elə tikilib ki, hamısının altında arkalar var ki, yağış yağanda islanmayasan. Bütün səkilər, yəni piyada yolları bu arkalardan keçir. Atalar demiş, onlar Romaya getmir, Romaya sürətli qatar gedir. Qatara gəlmişkən, onunla hər yerə getmək olar. Bəs bizim Dəmir Yolu hara baxır?! 

Bologna qədim zamanlardan Göydələn inşaasında məhşur olub. Ən çox neboskyrob da elə məhz burda olub. Amma bir müddətdən sonra dağılırmış. 

Nə olur olsun, insanların üzündə xoşbəxtlik var. Baxırsan ki, tələbələr kasıbçılıqdan kafedə oturublar, bir siqaret çəkir, amma xoşbəxtdirlər, hamısı gülür, danışır, istirahət edir. Məsələn şəhərin mərkəzində cavanlar meydandaca uzanıb, dincəlirlər. Elə oralarda oturub, qəhvə içmək nəyə desən dəyər. 

Şəkillərdə kommentlər var. Facebook-da status