Рубрики
Мнение

Yetim qız

O gün Şamil Paşayevin səhifəsində bir status oxudum.
Qısa olaraq, dostu özünə həyat yoldaşını Uşaq evindən seçib. 32 yaşında olarkən 18 yaşlı qız seçib və evlənib. Səbəb olaraq da, deyir ki, «Bu həm Allahın yanında savabdır, həm də həyasız qaynana, yekəbaş bacanaq, axmaq qayın, sözbaz baldız, dəli yığıncağı qız arvad qohumundandırsa, qoy arvadım yetim olsun, heç kimi olmasın, hər şeyi mən olum.»


Valla, adam dahidir! Hamı ancaq deyir ki, uşaq evindən uşaq götürərdim, amma deyən yoxdu ki, evləndərdim və hayatda yeni şans verərdim. Hamı qaçıb, varlı ailə axtarır ki, padderjka olsun.
Nə deyirsiz deyin, amma cəmiyyətimiz çox hərisdir, amma danışanda ağzına qıllı dovşan sığmır (əsl ifadə belədir).