Рубрики
Вспомнить все

Maraqlı fakt

90-cı illərin ortalarında mətbəə qurmağa başladım. Məqsədim orta ölçülü və yüksək keyfiyyətli mətbəə yaratmaq idi. Başlanğıc üçün bir-rəngli çap maşını və rəngayırma avadanlığı əldə etdim. Yaxşı personal topladım. Məqsəd xaricdən 5-rəngli çap maşını almaq və Coca Cola etiketkalarının sifarişini götürmək idi. 

Personala aşağı maaş verirdim, amma gənc idilər və öyrənirdilər. Heç şikayət edən yox idi. Hamı həvəslə çalışırdı. Bir müddətdən sonra maaşları yüksəltdim ki, daha da həvəslə işləsinlər. Maaş da bazarda olandan yüksək oldu. Personal xalturaya başladı və keyfiyyət aşağı düşdü. 

#Nəsə, deyirəm ki, bunu hansı iqtisadi teoriya ilə anlamaq olar?