Рубрики
Мнение

Avtomobilçilərə məsləhət

Avtomobilin mühərrikini ildə 2 dəfə yümək lazımdır, yaz və payız. Ama özünüz yox, xüsusi avtoyumada. Mən uzun müddətdir Expert Avtoyumadan istifadə edirəm. Bizim QarajPro-nun yanındadır. 

Vaxtın olmamasından bir neçə il idi motoru yudurtmurdum. Bir necə həftə öncə öz avtomun bütün problemlərini aradan qaldırmağa qərar verdim. Ventilyator işləmirdi. Məsləhətlə Tolik Bardinin yanına apardım. Yenisi 1000$, b/u 500$. Bir həftənin içində mikrosxemanı dəyişdirib, düzəltdi. Bacarıqlı elektronşikdir. Drive.ru da yazdım, dedilər ancaq dəyişmək kömək edir.

Ondan sonra yumaya apardım. Yuyandan sonra elə bil motor dəyişdi. Səsi azaldı, daha rahat hərəkət edir, hətta yanacaq sərfiyyatı da enib. Bunun başqa səbəbi də ventilyatorsuz sürdüyüm zamanlarda, motor qızmasın deyə, svetoforlarda söndürməyim imlan verdi. Zarafatla deyirəm ki, start-stop qoymuşam. İndi də 20 saniyədən çox olan svetoforda və tıxacda motoru söndürürəm. 100 km-ə 1,5 litr qənaət. 

#Nəsə, məsləhət görürəm və öz təcrübəmlə bölüşürəm. Özünüz baxın. Məndən məsləhət, sizdən hərəkət.