Рубрики
Вспомнить все

Yola Ver


Fahri Agayev
in səhər statusunu oxudum, bir eşitdiyim hadisə yadıma düşdü. 

Bir özəl marşrutka sürücüsünə qonşu yaxınlaşır ki, oğlum işsizdir, yanına götür, işləsin, bir parça çörək pulu qazansın. Bunun da yazığı gəlir, deyir ki, gəlsin mənim avtobusumda sərnişinlərdən gediş haqqı toplasın, gününə 10 manat məvacib verərəm. Qonşu da qayıdır ki: 
— Qonşu, maaş zat lazım deyil, uşaq diribaşdır, özü çak çuk eliyəcək…

Nə deyəsən ki?! Yəni gəlib, sənə şərik olacaq və sənin pulunu yeyəcək.

Mənə də əvvələr tanışlarını rüşvətlə işə götürməyi xahiş edirdilər. Öz özəl şirkətimə, Karl!!! Valla, bu xalqı düzəltmək üçün repressiya və ya 40 il Musa peyğəmbər kimi səhrada gəzdirmək lazımdır. 

Sooora da şikayətlənib deyirlər ki, hamı pulla işə düzəlir, pulla oxuyur və tapşırıqla işə düzəlmək olur.