Рубрики
Вспомнить все

Xatirə

Bu gün mağazaya girdim ki, alma alım. Alma olmadığı üçün marojna aldım… eskimo. Yiyəndə uşaqlığım yadıma düşdü. 

7 yaşında boğazımdan əməliyyat ediblər, özüdə Tibb Universiteti ilə üzbəüz balnısada. 2 hadisə yadıma düşdü. Biz Buğalar zlapamyatnı oluruq. 

3 həftə xəstəxanada qalmalı idim. Ora qəbul edəndə çox sevdiyim gilas gətirməyi xahiş etmişdim. Həkim əlimdən alıb, şkafa qoydu ki, sooora yeyərsən. Gecə məni başqa mərtəbəyə köçürtdülər. Ama ondan sonra o gilasları görmədim. 100% dalına keçdilər. 

Bir həftə sonra məni əməliyyata aparanda başımı aldatdılar ki, əməliyyatdan srazu sonra sənə 40 dənə dondurma verəcəklər ki, yeyəsən. Mən də o vaxt plombir və eskimonu çox sevirdim. İndi də elə onları yeyirəm. 

Əməliyyat yadıma düşdü. Məni aparıb əməliyyat kürsüsünə otuzdurdular, «eşşəy boyda» iynə ilə boğazda artıq ətə keyləşdrici vurub kəsdilər. Sonra palataya aparanda pəncərədən qışqırdım ki, Mama bəs marojna vermədilər, bu əclaflar onun da dalına keçdilər, özləri yeyiblər. Doxtur az qala dəli oldu ki, Ay Blə (onda mən onu «ay Bala» kimi anladım, hələ indiki qədər təcrübəli deyildim), sənə danışmaq olmaz! Sakit ol! Marojna zad olmayacaq! 

O vaxtdan məndə həkimlərə abida qalıb, özüdə xanım həkimlərə. Qısasımı sonra aldım. Ama zlapamyatnı olduğum üçün yenə də qisas almaq istəyirəm. İki dənə lor olsaydı…


Xatirə uşaqlıqda plyajda lüt ora bura qaçırdı. İndi onun 30 yaşı var, ama 2 şampan onu uşaqlığa qaytara bilir.