Рубрики
Вспомнить все

Borclu borclunun sağlığını istər

Atalar bunu desələr də mafiya başqa cür düşünür. Mən isə heç bilmirəm özümü hansına yazım. Gənclik şəkilrimi tapdım, yadıma düşdü. 

27 yaşında (şəkildə) bir neçə proyekte investisiya yatırmışdım. Pul gəlməyə başlayanda hər zamankı kimi cavabdehlər başladılar pulu gizlətməyə və oğurlamağa. Bu ölkədə çox adam bunsuz yaşıya bilmir da. Sonunda onların bizim şirkətə borcu yarandı. Və onlar borcu qaytarmamaq üçün daha nə yola əl atmadılar, sonunda buna nail oldular, yəni…

Borclu #1. Bir gün xəbər gəldi ki, biri sən demə ona buna borclu imiş, onların yanında mən toya getməliymişəm. Mən də toya gedənlərindən deyiləm. Onun da ürəyi dözməyib, partlayıb. Evinin biri məndə girovda idi, evdə də 2 boşanmış qızı, hərəsinin 1 uşağı yaşayırdı. Arvadı gəldi, ağladı, mən də çıxardıb qaytardım girovu. Pulu da yazım təcrübəyə. 

Borclu #2. İkinci borclu da gəldi ağladı ki, zərər eləmişəm. Araşdırdım ki, yalan deyir. Pulu tələb etdim. Qaçdı getdi Moskvaya. Sonradan eşitdim ki, maşın vurub. Bu da belə getdi. 

Borclu #3. Üçüncü «müəllim» də yenə bunlar kimi. Bir gün axşam Semaşko Təcili Yardımdan zəng gəldi ki, onu huşsuz küçədə tapıblar və yaxınlarını axtarırlar, mənim nömrəmi onun kitabçasında tapıblar. 

İndi oturub fikrə qalmışam ki, indiki borclularımda mənimlə «futbol» oynayırlar. Bunlar da ölüb gedəcək, mənim də pullarım batacaq…

#Nəsə, sözüm ondadır ki, həyat universiteti çox baha başa gəlir, özüdə diplom zat da vermirlər. 

Kefli İskəndər demişkən: «Öıülər, Allah sizə rəhmət eləsin!» Özudə söhbət ölənlərdən yox, ölü kimi həyat sürənlərdən gedir. 

Lap циник olub getmişəm. Deyirəm, borcu qaytarmamaq üçün nəyə əl atmırlar…