Рубрики
Мнение Моя работа

F1 haqqında reallıq

Artıq Formula-1 yarışması bitdi, ama hələ də şəhərin mərkəzində izi qalıb, hələ də avtomobil yollarında çətinliklər yaşanır. 

BBC-yə Daha öncə soylədiyimi təsdiq edərək deyirəm ki, F1 keçirməklə yanaşı avtomobil idmanını yaratmaq və inkşaf etdirmək lazımdır. Başlanğıc səviyyə professional Kartinqdir və heç olmasa onu yaratmaq lazımdır ki, artıq uşaqlar məşğul olaraq, məşqlərə başlasın və nə vaxtsa Formula 1 pilotu da olsun. Bu illərlə əmək və bacarıq tələb edir. 

17-19 iyun ayında keçirilən yarışın nəticəsi nə oldu? Turistlərin sayı əvvəlki tədbirlərdən çox olsa da, göznəlilən qədər olmadı. Tribunalar cümə və şənbə günləri boş olsa da, yarış günü, bazar günü, 60-70% dolmuşdu, ama yerli həvəskarlarla. 

Bazar günü yarış vaxtı bulvarda idim və nə gördüm. Çox adam bulvarda kafedə oturub, çay içir və ya gəzirdilər. Özü də kiçik yaşlı uşaqlarla, hansınin ki, boynunda bilet var idi. İnanmıram ki, 2 uşağına və özünə ən azı 150 manata bilet alıb, bulvarda gəzən ata o qədər də varlı şəxs olsun və bu xərci etsin. Xüsusi olaraq tribunaların şəkilini çəkdim. 

Digər tərəfdən də trek boyu kiçik bir yerdə, poster olmayan və trassa görünən hissədə çoxlu sayda insan toplusu var idi və oradan izləyirdilər. Məncə trek boyu imkan yaratmaq lazım idiki, hər kəs izləyə bilsin. 

Könüllülər hazır deyildilər. Mən qonaqlarla onların bir nəcəsindən məlumatı səhv aldım, və sonunda qısa yolu 10 dəfə uzun getdik. İlk gün Bulvara girəndə ilk dəfə implantlarım detekdorda səs verdi. Dedilər ya arayış göstər ya da çıxart qoy burda, qayıdanda götürərsən. İstədim deyim ki, mən çıxara bilsəm heç geriyə götürməzdim. Rəislərini çağırdım, telefonda rentqen slaydları göstərdim, inandılar və buraxdılar. Ama qolbağ vermədilər. Digər tərəfdən, Marriotun yanında çıxdım və geri qayıdanda buraxmadılar, dedilər ki, get kruq vur, Hiltonun yanından keç. Mən də əziyət çəkərək və onları xatırlayaraq kruq vurdum və heç bulvara girmədim. 

Hər dəfə girəndə soruşurdular ki, azərbaycanlısan? Mən özümü xarici kimi göstərib, esperantoda danışsam da, yenə də mənimlə azərbaycan dilində danışırdılar. Necə deyərlər, o yazıq turist necə qansın bunları?

Ən böyük problemlərdən biri də akkreditasiyalar oldu. Bir çox lazımlı jurnalistlər onu ala bilmədi, halbuki avtomobildən uzaq olan qəzet işçiləri aldılar. Hətta F1 səfirləri də «bortun» kənarında qaldı. 

Ümid edirəm ki, gələn il bu problemlər olmayacaq və səhvlər düzələcək. 

Mən bir xarici jurnal üçün məqalə hazırlayıram və sizin fikirlərinizi bilmək istərdim. Ama xahiş edirəm doğru və əsaslanmış şəkildə.

Azərbaycanda avtomobil idmanı: ənənə və gələcək