Рубрики
Мысли вслух

Forbs

Steve Forbese mektub yazmışam ki, məni Azərbaycanın ən varlı adamları siyahısına əlavə etsinlər. Son 5 il ərzində mənə borclu olanlara zəng edəndə ağlayıb, dərdlərini danışırlar, və məndən bir az da gözlə, mütləq qaytacağam deyirlər. Mən də özümü dünyanın ən varlı adamı hesab edirəm. Əlbəttə ki, Bill Gates, Carlos Slim Helú və Warren Buffettdən sonra. Görəsən onlara da vaxtında mal verib, yaxşılıq etdiklərilər də belə deyirlər? 
— Bill, mən ölüm, bir az gözlə, 20 mln görə heç tanışlığı korlamağa dəyərmi?!

Nə deyim ki, heç olmasa siyahıya düşsəm gözləyərəm.