Рубрики
Моя работа

Reklamlar

1 il öncə ASAN Xidmətdən Sona Tagiyeva zəng edərək, yeni yaradılmış ASAN Kadrın reklam çarxında çəkilmə təklifi etdi. Mən də bir az naz lifan eyləyib razı oldum. Bu mənim üçün də maraqlı təcrübə idi. Laman Ahmadova ilə birlikdə iştirak etdik. Beləliklə mənim həyatımda yeni karyera başladı. Rolik də yaxşı alınıb. 

Mən sevinirəm ki, ölkəmizdə belə ağıllı, kamallı, gözəl və delovoy gənc qızlar var, və onlar ölkəmizin gələcyinin əsasını bu gün qoyurlar. ASAN Kadr isə gənc mütəxəssisləri yetişdirərək biznesə yardım edirlər.

Baxandan sonra tanışlarım təəcüblə soruşurlar ki, videodakı sənin səsindir??? Deyirəm, xeyr kaskadyordur, mənim səsim var?!

P.S. Hələ də azərbaycan kino premiyası “Əskər” (Oskarın analoqu) təsis olunmayıb. Mahnıda oxunduğu kimi: Gözlərim yolda, qulağım səsdə… kim bilir…