Рубрики
Встреча

Axşam düşəndə


Shahriyar Abilov
 ilə Port Baku-da ğörüşdən sonra Paris Bistro kafesinə getdik. Orada olanların 80% tanışlardır. Hamı ilə girəndə öpüş-görüş və hal əhval tutduq. Bu 20 dəq vaxt aldı. Çıxanda istədim ki, qapıdan çıxanda qışqırım ki, mən getdim və hamı ilə elə optom sağollaşım. Ama fikirləşdim ki, səsim çatmaz. Gərək gələn dəfə громкоговоритель götürüm. Yoxsa, mənim səsim var?! Olanda batar, onda radioda neyniyərm?? 

O şəki lətifəsi yadıma düşdü. 2-ci dünya müharibəsi zamanı şəkililəri yığıb deyillərki, tranşeya qazın. Onlarda başdan gəldi eliyirlər. Komandir gəlib baxır və hirslə deyir ki:
— Heç nə eləməmisiz! Bəs faşistlər gəlsə nə olacaq?
— Hayndı, biabır olajıyıx kişilərin yanında!

Vafa Isazadehdə bu tələyə düşdü, girdi ki, bizə salam versin, hamı tanış çıxdı. Vəfa, sabaleznavalarımı qəbul elə, yoldan çıxardılar sənidə. 

Dostlar, hamınızı görməyə şad oldum. Adlarıvızı yazmıram day.