Рубрики
Мысли вслух

SMS

Digər bir Hacı haqqında danışmaq istəyirəm. 

Hər zaman ətrafımda fırlanıb, başıma and içirdi. Sonra biıdim ki, dələduzdur. Bir dəfə gəldi ki, çox peşmanlıq çəkirəm, həccə gedib, günahlarımı yumaq istəyirəm. Dinə qoşuldu. Məkkəyə gedəndə dedi ki, pul lazımdır, verdim getdi. Dedim ki, adam olar, aferistiyin daşını atar. İlk zamanlar elə də oldu. Mən də sevindim ki, bir yaxşılıqda mən etdim. Mən qəzaya düşəndə, hər gün xəstəxanaya gəlirdi ki, sən mənim qardaşımsan, nə desən edim. Digər tərəfdən də deyirdi ki, Allah sənə günahlarına görə belə edib, DINə gəl, günahların bağışlansın. O zaman mən hələ deist deyildim. 

Qəzadan 6-7 aydan sonra erkən işlərə qoşuldum. Baxdım ki, vəziyyət çox gərgindir. Araşdırdım ki, bir neçə nəfərin böyük miqdarda borcu var. Bu Həcinin də 85 min manat. Çox söhbət etdik, söz verdi ki, qayataracağam. Konfliktimiz çıxdı. Mənə dedi ki, DİNə gəl, onda baxarıq. Mən də bilmədim ki, söhbət Daxili İşlər Nazirliyindən gedir… Çox hadisələr oldu…

Ancaq deyim ki, bu Hacı o qədər vicdanlı insandır ki, məndən çox utanır. Deyir, o dünyada hallalaşarıq. Mən də hövsələ ilə gözləyirəm ki, o gün nə zaman gələcək. 

Amma, neyləmək olar ki, Allah adamıdır, hətta razborkaya dua ilə başlayır. Hətta söyüşü də saitsiz yazır ki, günah olmasın. Özüdə ətrafına digər borcluları yığıb danışıblar ki, genahlar məndədir. O qədər deyirlər ki, artıq mən də ona inanmışam. Düz deyir də, günah məndədir. Deist olasan, gedib belə saf məxluqlarla iş görəsən. Neynim e? Kantuziya almışam, başım xarab olub. 

Mən o hadisələrdən sonra Deist oldum. Bu da belə! 

Sözüm ondadır ki, Allah hamımıza ağıl versin ki, səhv etməyək. 

#raminmusayevblog #gülbaşımıza #hacı #tarixnadir