Рубрики
Мнение

Ay facebook əhli!

Dostluq göndərirsiniz, baxıram nə şəkil var, nə məlumat. iBala, mən nə bilim sən nə karəsən, hardan gəlib, hara gedirsən?! Heç olmasa bir şəkil qoy baxaq kimsən, kimlərdənsən, yaxşısan ya pis… Əgər bunlar məxfidirsə, #iBala, onda niyə izləyici (follower) deyil, məhz dost olmaq istəyirsən? 

Necə deyərlər, örtülü bazar, dostluğu pozar. Gəlin şərti şümda kəsək ki, xırmanda dava düşməsin. Heç olmasa messengerə bir iki kəlmə yaz və şəklini ona əlavə et, mən də görüm ki, real insansan, yoxsa Həbəşistandan internet pirat deyilsən. 

#Nəsə, İstəmirsənsə, #followme elə.

#raminmusayevblog #friend #request #facebook