Рубрики
Мнение

Vətəndaş nigahı

Bu gün səhər TV kanalları çevirirdim, birdən Vusal Mamedovun səsin AzTV-də eşitdim. Bildim ki, nəsə maraqlı mövzu olacaq. Başladım verilişə baxmağa. Mövzu: ailələrdə zorakılıq, cinyət, onlara sosial şəbəkələrin təsiri və sairə.

Qonaqlardan biri söz atdı ki, niyə bizdə Vətəndaş Nigahı yoxdur və üstünlüklərini saydı. Digər bir qonaq (deyəsən deputat idi), onun bizim milli mentalitetimizə uyğunsuzluğundan danlşdı və etiraz etdi.

Bir şey yadıma düşdü ki, Avropada buna Partyorluq deyilir və rəsmi qeydiyyata alınır. Bu elə bil ki, Siğənin Avropa, müasir variantıdır. 

Bu rəsmi nigah çox qəliz bir şeydir. Ona daxil olandan sonra bütün münasibətlər korlanır, hər tərəf digərini öz əmlakı kimi hiss edir, yəni никуда не денется. 

Vətəndaş Nigahında isə hər kəs azad olduğuna görə bir-birinə daha çox hörmət edir və itirməkdən qorxur.

Deyəcəksiniz ki, demək asandır. Çox uzun illə öncə mən rəsmi nigahdan öncə 1,5 il birlikdə yaşayıb, anlayandan sonra ki, hər şey OK-dir, qarşılıqlı qərara gəlmişik və ZAQSa getmişik. Boşananda da sakitcə məhkəməyə gedib, rahat həll etmişik. 

Sözüm ondadır ki, niyə bizdə də Bunu tətbiq etmirlər? 

P.S. Bir-birinə badalaq gəlmək, xəyanət etmək və dava-dalaşa çıxmaq milli mentalitetimizə uyğundur, amma Partnyorluq və azad qərar vermə uyğun deyil.

#омойблог #gülbaşımıza