Рубрики
Мысли вслух

Last Çərşənbə axşamı

Dünən axşam dedim, na vsyakiy sluçay, güzgüyə baxım. Şamı yandırıb, güzgünün qarşına keçdim. Fikir elədim ki, həə göstər görək kimi sevmək mənim qismətimdədir. Bir də nə görsəm yaxşıdır? ÖZÜMÜ! Elə o anda anladım ki, özümü sevmək mənim qismətimdədir. Gülümsədim, şamı söndürüb, yatağa üzandım, bildim ki, elə düz yoldayım.

Yəni ki, sözümün canı nədir. İnsan Ilk növbədə özünü sevməlidir, sonra digərlərini. Əgər bu olmazsa, səni də heç Kim sevməz. Bunu psixiologiya və dinlər öyrədir.

Uşaqlıqdan məni eqoizmdə günahlandırırdılar. Mən də Qoç/Buğa burclərinin birləşimi olan, tərs xasiyyətli uşaq nə qədər məni tənqid etsələr o qədər tərsinə edirdim. #SənDemə elə düz olanı da bu imiş. 

Daxili səsinizə qulaq asın, ən düz Yolu məhz elə o göstərir. Onu da illər bpyu sınaqdan keçirmişəm. Bir il öncə bunu mənə Human Design ilə məşğul olan tanışım da dedi. Mən də sürətlə həyatımı analiz edərək, düz olduğunu anladım.

#Nəsə, sözüm nədir. Özünü sev və hörmət et ki, başqaları da bunu sənə qarşı etsin. Yadınza salın, təyyarədə nə deyirlər? Qəza zamanı maskanı ilk özünüz taxın, sonra uşağa və ya digərlərinə. Niyə? Hadi (türkün sözü, yəni Davay — rusun sözü) fikirlərini yürüt və kommentə yaz.

Elə bu yerdə, Novruz bayramın mübarək, dostum! Xoşbəxtlik və firavan günlər diləyirəm.

#rmblog #gülbaşmıza #sözümvar