Рубрики
Наблюдения

Google Moogle

Xaricdə yaşayan zənginləşmiş həmyerlilərimiz, bura qayıdaraq özlərini göstərmək istəyrlər ki, «Bax, mən uğurluyam. Pulum zad da xəzəl kimi!» Başdıyıllar, abyekt zad açmağa.

Düşündüm ki, nə yaxşı Google yaradan bizimki olmayıb, yoxsa gəlib burda abyektlər açardı: Google Dönər, Google Şadlıq Sarayı, Google Çay Evi, Google maşın moykası, Google Ailəvi istirahət mərkəzi, Google Mehmanxana, Google maşın servisi, Goolge milli mətbəx restoranı, Google gözəllik salonu, Google Fashion Boutique, Google Supermarket və daha nələr, nələr. Allah üzümüzə baxıb… baxıb ki, boş boş şeylər haqqında fikirləşirik.

O Mamedlə Şaron Stoun məsələsi yadıma düşdü. Yəqin ki, bilirsiz. Bilmiyənlər bilənlərdən soruşsun. Ya da Google-da axtarışa vursun. Nə yaxşı, Sergey Brin və Larri Peyc onu yaradıb. Atalarına min rəhmət. Elə Kubra Huseynova da bu gün Oxu.az köşə yazısında onu deyir. Məsləhətdir, oxuyun.

#rmblog #gülbaşımıza