Рубрики
Экономика

Azərbaycanski biznes

İqtisadi dahi ola bilərsən, bazar araşdırması aparıb, biznes plan yazıb, cash flow yaradıb, hər şeyi dəqiqliklə hesab edə bilərsən. Amma müştərilər aylarla pulu gecikdirəndə, sənin maliyyə planlaşdırman heç nəyə yaramır. Ya gərək sənin Apple kimi hesabında 100 mlrd əlavə vəsaitin ola ki, heç nəyi zadıva almayasan. 

Digər tərəfdən də, 1 mln əlavə pulun varsa, işləməyə ehtiyac varmı?! Adrenalini və özünə güvəni başqa əyləncələrdə tapmaq olar. Deyəcəksin ki,1 mın quratara bilər. Onu deyirsənsə, deməli bu qədər pulun nəyə qadir olduğu haqda heç bir məlumatın yoxdu, yaxud o qədər pulun var ki, heç bilmirsən hara qoyasan. 

#Ogün bir nəfər haqqında danışırlar. Deməli adamın 1 ayağı burda, digər ayağı gordadır, 40-50 milyon dollarlıq əmlakı var. Özü də vaxtında şəhərin bahalı yerində su qiymətinə torpaq alıb, villalar tikib, indi də bəhrəsini görür. Nə deyim ki, Malades! Amma saçını yolub, üzünü cırıb, başına döyür ki, 2-3 dəfə çox ala bilrədim, amma axmaqlıq elədim. 

Görəsən, əmlakı və pulu niyə o dünyaya aparmaq olmur? Valla, bu dünyada Ədalət zad yoxdur! İşlə, özünü həlak elə, həyat yaşama, onun bunun haqqını tapdala, axırda bir həsir, bir Məmməd Nəsir, düş Cəhənnəmə ki, nədi-nədi yuxarıda kiminsə (yəni Arxangellər zad) xoşuna gəlmirsən.