Рубрики
Психология

Saat əfsanəsi


Bir nəfər replica (yəni saxta və ya brendin kopiyası) saatlar satan oğlan (bundan sonra — Saatçı) mənə bir müştərisi haqqında danışdı. Deməli bu müştəri (bundan sonra — Adam) varlı məmurlardandır. Bu oğlandan hər dəfə 50 Saat alır. Amma A class kitayski paddelka, yəni originalın əla kopiyası. Bu saatları originaldan ancaq saatsaz açıb içinə baxanda ayıra bilər. Daje çəkiləri də eynidir. Amma, başa düşürsünüz ki, qiymətdə yerlə göy qədər fərq var.

Deməli, hamıda onu saat həvəskarı kimi tanıyır, amma heç kimin ağlına gəlmir ki, o saxta saat ala bilər. Adamın yanına Kimsə gələndə, saatdan söhbət salır, qonaqda onun saatına tərif deyəndə, Qadan almadığım, çıxardır saatı, həmin qonağa hədiyyə edir. Qonaqda saatı alır, elə bilir ki, bomba qabaq düşüb, sevincindən yerə göyə sığmır. Yəni bu davranış Adamın fetişidir, vidimo onu vazbujdat eliyir.

Həmin o Saatçı da sevinir. Çünki, saatlar qurtarana yaxın, aparıb 50 dənə də satıb, əməlli qabaq düşür. 

Heç sizin də ağlınıza gəlməz belə bir şey. Tak şto hər əfsanəyə inanmayın. Bu varlı «zadəganların» da öz sirrləri var. Elə çox pulları olmağına baxmayın, çox krısa Adam olurlar. Bir neçə dəfə şahid olmuşam ki, 50 Min avroya kostyum sifariş edir, 1 Saat Boutique-in sahibi ilə spor edib, qiymət öldürür. Siz də elə bilirsiniz, onlar xoşbəxt həyat yaşayırlar. Ay Hi!

Atalar demiş, 1000 yeyənin olsun, 100 deyənin olmasın. (Devalvasiya versiyası)