Рубрики
О женщинах

Gəzəyən

Cavannıxda Sabina adlı bir ruskayazıçını padruqam vardı, azərbaycan dilini çox pis bilirdi. Rayonan gələn xala soruşmuşdu ki,
— Ay Səbinə, niyə ərə getmirsən?

Bu canı yanmışda çox gözəl qız idi. Qayıbıd ki,
— Hələ gəzirəm. — yəni, halal süd əmmiş oğlan axtarıram demək istəyirmiş. «Gəzirəm» — həm də axtarmaq mənasında işlənir. Bilməyənlər üçün deyirəm ki, biləsiniz.

Kəndçi xala da şok olub ki, Sabina nə qədər naqlı qızdı ki, açıq-açığına etiraf edir. İnciyib, getmişdi.

Bayaq status oxudum, Sabina yadıma düşdü. 

Mejdu proçim, Gəzmək sözü artıq mənasını itirib, çünki Gəzənlər heç də gəzmirlər, restoranda kabinetdə, maşında, oteldə və evdə otururlar ki, görən olmasın.