Dünən Amerikano sifariş edirəm, ofisiant soruşur ki, orta yoxsa böyük. Deyirəm balaca. O da deyir ki, bizdə balaca yoxdu, ancaq orta və böyük olur. Necə olur ki, orta və böyük var, amma balaca yoxdur? Məntiqlə düzgün deyil axı?! OK, orta gətir, deyirəm.
Kofeni gətirəndə görürəm ki, bunlarda balacadır ki! Dedim ki, qaqaş (ofisianta Azərbaycanda müraciət belədir), niyə bizi şeyxinə dolamısan? Mus Mus deyincə, elə Musayev de!
Bir tərəfdən müştəriyə göstərmək istəyir ki, onunki balaca deyil, digər tərəfdən manipulyasiyadır, balacanı orta adı ilə təqdim edir.
Mərkəzdə yerləşən başqa 1 kafedə, balaca deyəndə, o birilərinin böyüyünün böyüyünü gətirirlər. Ona görə ora gedəndə preduprejdat eliyirəm ki, sonra uduvitsa olmasınlar. Kstati bu balacanın qiyməti onların böyüyəndən ucuzdur. Elə ona görə tez-tez gedirəm, çünki bu müştəriyə hörmət əlamətidir. Maliyyətində də elə fərq azdır, 5 qəpik ola olmaya.
İndi bu qəhvəxanaların sahiblərində razmerlər nə əsasında təyin olunur?
