Рубрики
Travel

İnternet turizm

15 il əvvəl turizm agentliklərindən əldə etdiyim problemlərdən sonra aviabilet və otelləri online rezervasiya edirəm və alıram. 

2003-cü ildən İHG ilə otelləri rezervasiya edirəm. 2012-ci ildə HomeAway saytı vasitəsi ilə Almaniya və Fransada mənzil icarəyə götürdüm, ucuz və keyfiyyətli. Son dəfə isə AirBnb-dən istifadə etdim. Bir ay öncə Couchserfing (pulsuz qonaq olma) şəbəkəsinə qoşuldum. 

Yeni platformalar turizmi artıq internet vasitəsi ilə ucuzlaşdırır. Bəs 10 ildən sonra Turizm Agentlikləri nə satacaqlar? Yəqin ancaq Antalyaya turlar. 

İnternet biznesi dəyişdirir. Bu gün gələcəyi düşünmək lazımdır.