Рубрики
О разном

Dəyişdi

Dünən Rabitabank rebranding edərək rəngini, logosunu və sloqanını dəyişdi. Yeni saytını, xidmətlərini, internet üzərindən desktop və mobil tətbiqlərini, yeni «Kartmane» kartlarını və onu NFC stiker şəkilində təqdim etdi. Kartlar indi populyar olan cashback və digər xidmətlər təklif edir. Maraqlı tərəfi odur ki, kartdan ATM vasitəsi ilə nağdlaşdırdığın zaman heç bir faiz tutulmur, özü də həm Azərbaycanda, həm də xaricdə.

Elə zamanda yaşayırıq ki, Banka getməyə ehtiyac qalmır, çünki hər bir əməliyyatı onlayn etmək olar. Ora yalnız hesab açmaq üçün getmək lazımdır, onu da artıq gələn ildən onlayn etmək olacaq. Yeni trendlərə uymaq hər bir banka gərəklidir. Bu həm xidməti rahatlaşdırır, həm də bank filiallarında olan növbəni azaldır.

Zaman gələcək, banklar bizə pul verəcəklər ki, onun müştərisi olaq. )

Qısa olaraq videoda.

#омойблог #rabitabank #təqdimat