Рубрики
Моя работа

Tarixə göz atdım

Bakı hamımızın fəxridir, qədim tarixi olan abidələrimizin maraqlı tarixçələri var. Baxdıqca yadıma düşdü. Azersun çox gözəl təqvimlər və bloknot hədiyyə göndərib.

Səadət Sarayı adlanan binanı hamı tanıyır, neçə ailə orada öz nigahını qeydə alıb. Səadət Sarayının tarixini oxusanız, təəcüblənərdiniz. 

Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı, osetinka Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. «Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!» – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. 

Əvvəllər milyonçu kişilər öz sevdikləri həyat yoldaşlarına belə hədiyyələr ediblər. İndi isə plastik əməliyyatlar hədiyyə edirlər (burda özümü saxlaya bilmədim ki, bu sarkazmı yazmayım).

Digər maraqlı fakt. Hacı bəy Şıxlinskinin sarayı tikilərkən inşaatçıların yadından çıxıb, tualet etməyiblər. Sahibi evi qəbul edəndən sonra bunu aşkar edib. Yəqin bina o qədər gözəl olub ki, onu tualetlə korlamaq istəməyiblər. Bizim inşaatçılar o zamandan işə çox incə yanaşırlar. 

Belə-belə işlər. Gunay Malikqizi, hədiyyə üçün minnətdaram, çox yaşa!

#омойблог #sabahtezdən