Рубрики
Мнение

Ağsaqqal müdrikliyi

Gənc jurnalist uzunömürlü kişidən müsahibə alır:

— Ağsaqqal, neçə yaşınız var?

— Oğlum, 101 yaşımı dünən qeyd etdim.

— Bu yaşa çatıb, gənc və gümrah qalmağımızın sirri nədir?

— Mən heç kimlə mübahisə etmirəm.

— Belə şey ola bilməz!

— Düz deyirsən, bala, ola bilməz. 

Kim sizi anlamırsa, ona nəyi isə sübut etməkdə fayda yoxdur. Anlamırsa, özü bilən yaxşıdı. Sosial şəbəkələrdə sporlarda vaxt və əsəblərini itirənlər həmin vaxtını mütaliəyə yaxud idmana, bəlkə də sevgilisinə həsr edə bilər, misal üçün, daha xoşbəxt olar.

Saqqalım ağ olsa da, hələ müdrikliyə yetməmişəm, hərdən mübahisə edirəm. #gülbaşımıza