Рубрики
Мнение

Niyə sizi əsəbləşdirir…

yaxud bap-balaca analiz

Dünənki aksiyada hamıya toxunan ancaq bir məsələ olub, o da Ayselin plakatında yazılan şüar: «Vagina mənimdir, kimə istəsəm, verərəm».

Təəsüf hissi ilə qeyd etməliyəm ki, onun demək istədiyini anlayanlar çox azdır (həmçinin zəkı hesab etdiklərim), hamı onu fahişəliyə çağırış kimi qəbul edib, əsasən də kişilər. Guya, elə kişilər qadınlardan ancaq istədikləri o deyil. Kişilərin hamısı qadını görəndə, bütün fikri-zikri sekslə bağlı olur. Plakatda isə deyilir ki, «kimə istəsəm», yəni istəməsə verməyəcək. Bu o demək deyil ki, hamıya verəcək, ato bütün yanıxlar srazu sevindilər. Elə «xalxı» əsəbləşdirən də budur, necə yəni, özbaşınasan?!

Düşünürəm ki, bu çağırış da, hər gün mediada oxuduğumuz başlıqlar kimidir ki, diqqət çəlb etsin deyə yazılıb. Diqqət çəkdi də, 2 gündür hamı onu müzakirə edir, amma birmənalı. Çünki, hamıya uşaqlıqda deyiblər ki, belə sözləri demək ayıbdi, nitoşto plakata yazıb, küçəyə çıxmaq. Hamıya uşaqlıqda filmlərdə erotik səhnə olanda «gözünü yum, qulağını bağla, seks haqqında danışma, ayıbdır» deyiblər. Uşaq da düşünür ki, yəqin pis şeydi. O da oturur şüuraltına. Ona görə də ailələrdə ciddi problemlər yaşanır, onların əsası isə seks problemidir. Digər tərəfdən isə toy bitən kimi hamı soruşur ki, «bi şey, mi şey var?» Elə bil bu «bi şey, mi şey» hind seiallarındakı kimi həyacanlı fon musiqisi ilə müşayət edilən uzun-uzadı, çəp-çəp baxışlardan əmələ gəlir.

Əgər düşünürsünuz ki, qızlar istədiyini edə bilirlər, onda yanılırsınız. Hələ də bir çox ailələrdə təhsilə və azad seçimə yer yoxdur. İstəyəndə isə kötək yeyir. Hərdən gözlərinizi ovalayıb, reallığa baxın. Əgər sizin ətrafınızda bu baş vermirsə, demək deyil ki, ümumilikdə baş vermir. 

P.S. Ayselin səhifəsini göz atdım, yaman zarafatcıl və qorxu-hürkü bilməyən qızdır.

#омойблог #gülbaşımıza