Рубрики
Психология

Duş düşüncələri

Toylarda bir çox tostların sonunda «Qoşa qarıyasınız» arzusu edirlər. Uşaqlıqdan o mənim xatirəmdə «Allah sizi birlikdə öldürsün» anlamına gəlirdi. Düzünü desəm indiyənədək o ifadədən xoşum gəlmir. «Qarımaq» sözü mənə şəkildəki Qoca Qarı anlamında gəlir. Brrrr… Ondansa, cavan getdi desinlər.

Və ya… «Pis günümüz belə keçsin» tostu. Elə çıxır ki, oturmuşuq yeyib-içirik və bu günü pis hesab edirik. Demək olmaz ki, pis günümüz olmasın! Türklər demişkən, İşte bu kadar!

Bilirəm, bilirəm, indi mənə başlayacaqsınız bu ifadəni anlatmağa, yəni başa salmağa. Qadan almıyım, mənalarını bilirəm. Ama psixoteraptevtiya tərəfindən biz özümüzü düzgün proqramlaşdırmırıq. Bu şüüraltı çox oğraş şeydi, öz bildiyini eləyir, #sooora də əziyyət çəkirik.

#Nəsə. Deyirəm ki, danışanda sözlərinizə fikir verin. Fransızlar demişkən (Джавид Османов, bu ifadəni halal elə), Слово не воробей вылетит не поймаешь, yəni QUŞ BURAXMAYIN, sonra o uçüb gedər, biabır olarsız.

#raminmusayevblog #gülbaşımıza #söz #quş