Рубрики
О разном

Mein kampf*

Mən artıq neçənci krizisi yaşayıram. 5 il öncə Orta Yaş Krizisi başladı, 3 il öncə sağlamlıqla krizis, 2 il öncə bizneslə krisiz… Yəni ki, 5 ildir mən bu kaskadvari böhranlardan (krizis azərbaycanca) çıxmıram. Buna baxmayaraq positiv olmağı sevirəm, nə olsa da danışıb gülürəm. Heç… vecimə də deyil! (Həyat məni çətin günlərə hazırlayırmış) Çünki bu həyatdır! Yaxşı günlərdə olur, pis də. Valla sizlərin “gözyaşları” artıq hamımızı z… eləyib, yəni yorub. O rəqqas var e? Braxim! Madonnanın keçmiş sevgilisi, o yadıma düşdü. Canı yanmış özünə soyad seçib də.

Əə, bə mənim yerimə olsaydınız neylərdiniz? Yəqin kəndir və sabunla işi həll edərdiniz! Hərçənd ki, çoxu sabundan gündəlik istifadə edir…

Atalar deyib ki, Любой может быть феноменальным, когда все хорошо. Покажи, на что ты способен, когда все рушится. Yəni, İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.

*Mənim mübarizəm — alman dilində. A.Hitlerin məhşur kitabının adı. Adolf 20 apreldə anadan olub, mən 21-i, Vladimir Ulyanov-Lenin 22-də. Yaxşı yığışmışıq… Tost deyən olsaydı, “Pis günümüz belə keçsin!” deyərdi.

‪#‎raminmusayevblog‬ ‪#‎gülbaşımıza‬ ‪#‎nəsə‬