Bir amerikan filmini xatırladım — They Live, yəni Aramızdakı Yadlar. Mövzüsu isə digər planetdən gələn məxluqlar insan cildinə girərək, dünyanı tutmaq istəyirlər. Onları yalnız xüsusi eynək ilə görmək olur. Bir fəhlə belə eynək tapır və şoka düşür. Ульви Мехти, yəqin o filmə baxmısan, sən axı kinoloqsan, yəni xalqda deyilən #itoynadan mənasında.
Deyirəm belə eynəkdən olsaydı, baxardınız ki, sizin qohum, qonşu və dostlarınız da o biri planetdəndirmi…
Mən çox həmvətəndaşlarımın gileylənməsini məhz onların reallığı qəbul etməməsindən irəli gəlir. Heç olmasa o günü yadınıza salın ki, universitetə qəbulda pulun gücünə və o yadplanetlilərin hesabına daxil olub, onlardan da «təhsil» almısınız. Sonra da bəziləri o yadplanetlilərin təcavüzünə məruz qalaraq, yoluxub, onlara çevriliblər.
Yazıq bu xalqa!
#nəsə. Evdə güzgünüz varsa, eynəyi taxıb baxın, bəlkə sizə də təcavüz ediblər.
P.S. Bugünki statusum çisti #azərbaycan dilindədir. Deyirəm #bəlkə yadlar anlamazlar. #kakraz indi kommentlərdən ayırd edəcəyəm, kim ordandır, kim burdan.
#raminmusayevblog #gülbaşımıza #yadplanetli #theylive