Dilimix

Mənim statuslarım hər iki, azərbaycan və rus dillərindədir. Hər dəfə doğma dildə yazandan sonra komment və ya mesajlarda “səhv yazırsan” və ya “qramatik səhvlər edirsən” deyə müraciət edirlər. Buna aydınlıq gətirmək istəyirəm.

Mən heç bir dildə qaydalara uymuram. Çünki, sosial şəbəkə nə məktəb, nə universitet, nə də kitabxana deyil. Burada hər hansı qaydaya riayət etmək vacib deyil. Qramatik səhv deyəndə sözlərin yerini müxtəlif şəkildə istifadəni nəzərdə tuturlar.

Demək istəyirəm ki, sosial şəbəkədə çox zaman statusun məzmunu ilə razılaşmayanda, səhv tapmağa çalışırlar. Hər 2 dildə. Başlayacağam esperantoda yazmağa, görüm nə qayıracaqsınız. 

Xahiş edirəm, mövzu ilə əlaqədar mənə öz təəsuratlarınızı və kommentlərinizi yazasınız. Əgər mən sizin statuslarınızı oxusam orada da çox səhvlər tapmaq olar.

Bu o demək deyil ki, kritikanı sevmirəm, mən axı kitab və ya məqalə yazmıram, sadəcə xalqa yaxın dildə statuslar…

‪#‎raminmusaeyvblog‬ ‪#‎gülbaşımıza‬