Hərdən bəziləri digərlərini rus dilində danışanda tənqid edirlər. Əsasən bu rus dilini bilməyənlər edir. Amma onların bir çoxu ingilis dilini bilirlər və söhbət zamanı terminləri ingilis dilində istifadə edirlər. Vəzifələri, terminləri ingilis sözləri ilə deyirlər. O da bəzi zamanlarda məndə gülüş hissi yaradır.
Son zamanlar, çoxlu kadrlar üzrə mütəxəssislərlə tanış olmuşam. Onlara HR deyirlər. Azərbaycan dilində isə o HeaR kimi oxunur. Tələsik deyəndə isə, ayıb olmasın, Xiyar kimi çıxır. Kimnənsə soruşursan ki, ay bala nə işə qulluq edirsən? Deyir ki, marketing & managent, PR Specialist və proçi. Soruşanda ki, o nəmənədir, heç axıra kimi açıqlaya bilmir. Bular o xaricdə nə qayırırlar, heç baş aça bilmirəm.
Bu yaxınlarda bir görüşdə idim. Bir qız xeylağı sual verirdi. Cümlənin yarısını ingilis, yarısını da azərbaycan dilində dedi. Valla, mən «Tarix Nadir» kitabını yarıya kimi oxumuşam, amma heç nə anlamadım, o biri yazıqlar isə vapşe heç nə anladılar, nə də başa düşdülər.
Çox dil bilmək vacibdir. Ama dillərin təmizliyi də vacibdir. Düzün desəm, mən özümdə çox rus dilində danışıram, ama doğma dildə danışanda çalışıram ki, çisti danışım. Çalışıram heç bu english word-mörd istifadə eləmiyim. Sizin yerinizə mən stesnyatsa eliyirəm. Bu pozora necə dözəsən?! Vətən əldən gedir!