Рубрики
Вспомнить все

Keçmişə dönüş

Bugün yeni “Steve Jobs” filminin premeyerasıdır. Steve dahi insan idi. O uzun ömür yaşamasa da, dünyaya çox yenilinklər hədiyyə edib. O universitetdən ailəsinin kasıb olmasına görə ayrılıb, lakin leksiyaları dinləməyə davam etmişdir. Apple şirkətini qarajda yaradıb və 22 yaşında milyonçu olub. Bugün Apple şirkətinin dəyəri 750 milliard dollardir.

Hamı onun yalnız həyatının müsbət tərəfini bilir. Amma onu doğulduqdan sonra valideynləri digər ailəyə vermişdi. O kasıb ailədə böyüsədə, ögey atasından çox şey öyrənib, ögey anası isə ona seçilmiş olduğuna inandırmışdır. Uşaqlıqdan bunu bilərək, həyatda ondan imtina etmiş doğma anasını və atasını peşman olmağa məcbur etdi. Anası ilə sonradan əlaqə yaratsa da, son dəqiqəyə kimi atasını bağışlamadı. Onun bioloji anası alman, atası isə siriyalıdır. Hətta sevdiyi qadından doğulan qızını uzun müddət qəbul etmədi. O hələ uşaqlıqdan xristianlıqdan imtina edib, sonradan buddist oldu. Çox kobud xasiyyəti vardı, və istədiyini edirdi. Ama bununla yanaşı oponentini “sehrləyərək” istədiyini almaq və ya satmağı bacarırdı. Lakin, o gələcəyi görür və bazarı oyrənərək deyil, heç kimin düşünmədiyi məhsulu yaradırdı. Apple hər zaman irəlidədir. Hətta ondan əvvəl yaradılan və qəbul olmayan cihazı yenidən yaradaraq dünyada populyar ede bilən şirkətdir. 

2002-ci ildən Apple ilə işləməyə başlayanda, mən öz işimi onun strategiyası üzərində qurmuşdum. Bu da öz bəhrəsini verirdi. Lakin, Steve Jobs kimi mən də muəyyən insanların satqınlığına görə kənarlaşdrıldım. O döndü və böhranda olan şirkəti dünyanın ən bahalı və məhşur şirkətinə çevirdi…

O əfsanə oldu, özündən sonra iz qoydu. O iz ki, dünyanı dəyişdirdi.

Apple ilə işləmək cox çətindir. O öndər şirkət olsa da, kiçik ölkələrdə ağır hərəkət edir. Çox çətin əmakdaşlıq olsa da, çox şey bizə öyrədirdilər.

2012-c i ildə MoBiz.az saytına interview vermişdim. Orada açıqladığım Azercell prefix problemi bu interview-dan sonra ortadan qaldırıldı. Bugun səhər oxuyarkən, orada onu öncədən deməyim və sonradan (4 ay sonra) həll olunması məni sevindirir və qürurlandırır. Bunda Technimum saytı və onun baş redaktoru Ellada Mustafayevanın rolu böyükdür.

Ellada, sənə təşəkkürlər və uğurlar arzulayıram!

Baxaq film necə alınıb. Yazajam! Смайлик «smile»

‪#‎raminmusayevblog‬ ‪#‎кино‬ ‪#‎stevejobs‬ ‪#‎apple‬ ‪#‎parkcinema‬