Рубрики
Моя работа

Manat

Manarın dəyərinin itməsi normal haldır. Bu qonşu ölkələrdə də baş verir. Sadəcə heç kim buna hazır deyildi. Mərkəzi Bank uzun illər manatın dəyərini süni olaraq saxlayırdı. Buna netfən alınan mənfəət xərclənirdi. Neftin qiymətinin düşməsi isə bunu alt üst elədi. Bütün iqtisadiyyat netfə və büdcəyə bağlıdır. Hətta özəl biznes belə. Bu o deməkdir ki, tək dövlət streukturları deyil, biznesdə düzgün qurulmayıb.

Manatın kursu çoxdan buraxılmalı idi, hələ neftin dəyəri yüksək olanda. Böhranın olması iqtisadiyyatın sağalmasına kömək edəcək. Hər şeyə yenidən baxılmalıdır. Bəlkə bu vəziyyət hamımıza öz yaratdığımız və ya işlədiyimiz biznesə yenidən baxaraq səhvləri düzəltmək, və ya yeni fikirlər və idea ilə bazara çıxmağa gətirəcək.

Mən artıq bunun üzərində işləyirəm. Bu böhranın gəlməsi hər şeyə yenidən və açıq fikirlə baxamağa vadar edir. Yeni ideayalar yaranır. Yeni yaradılacaq proyekt hamı üçün yeni bir təkan ola biləcək.

Onu da unutmayın ki, aç insanın beyni daha sürətlə işləyir. Çox yeyəndə isə bütün qan onu həzm etməyə yönəlir.

Hamını bir sual maraqlandırır. Manatın kursu yüksələcəkmi? Bəli. Əgər siz hamınız qaçıb dollar alsanız yüksələcək. Çünki, valyutanın kursu təklif və tələbdən irəli gəlir. Artıq spekulyantlar bundan istifadə edirlər. Manatı üzməyə buraxıblar, bu da o deməkdir ki, kurs yenə də qalxacaq. Bu qaçılmazdır. Kursun yüksəlməsi yavaş yavaş ola bilər, və ya panika ilə birdən birə, böyük addımlarla.

Məsləhətim, yığışıb ağlamaqdansa, fikir edin, yeni yol ideyalar tapın və irəliləyin. Bu böhranın olması mənə yenidən nə isə böyük bir şey etməyə şans verdi.

#raminmusayevblog #gülbaşımıza #manat #fanat

——————-
Blog: raminmusayev.blog/manat/