Рубрики
Вспомнить все

2 il öncə bugün

2 il öncə bugün yeni Ducati Panigale ilə axşam Nardarana getmişdik. Həmin günü maksimal sürət həddinə çatdıq. Soyuq olsa da, mənim heç vecimə də deyildi. Ashley Judd ilə görüşə 14 gün qalırdı, elə şəkildəki yerdə…

Həyat sürprizlərlə doludur. Onun necə dəyişəcəyini hələ təsəvvur etmirdim. Qarşıda məni çox çətin və ağır günlər gözləyirdi. Həyatım tam dəyişəcək. Ətrafımdakı insanlar imtahandan keçəcək, kimin kim olduğu üzə çıxacaq…

Bugün mənə 2 il onkologiya xəstəliyi ilə mübarizə aparan xanımın ölümü kədərləndirdi. Bütün əmlakını sataraq həyat yoldaşını xilas etmək cəhdləri heç bir fayda vermədi. Sonunda o dünyasını dəyişdi, lakin ailəsi hər şeyi itirdi. Dəyər mi?! Bəlkə də dəyər, bəlkə də yox. Çətin seçimdir. Heç kim o dünyaya getmək istəmir, hətta cənnətə düşmək üçün. Mən digər yolu seçərdim. Bəzi arzularıma yetərək, sonsuzluğa qovuşmaq. Arzum isə dünyanı görməkdir…

Bugünki statusum kədərlidir. Ama həyat davam edir. Kimsə gəlir, kimsə gedir. Ona görə şən yaşayın, pulun, dövlətin dalınca qaçaraq, həyatınızı boşa xərcləməyin. Bir birinizlə xoş rəftar edin.

Allah sizə rəhmət etsin, Ölülər! («Ölülər» Cəlil Məmmədquluzadə)

‪#‎raminmusayevbloq‬ ‪#‎axşamçağı‬ ‪#‎gülbaşımıza‬