Рубрики
Моя работа

Sizin sağlığınıza! 

Dünən çay, bugün Viski, özüdə nə az, nə çox — 12 Ilik Glenfiddich. Təsəvvür edin, gəlirsən redaksiyaya, stolun üstündə səni kristmas hədiyyəsi gözləyir. Onu da qeyd edim ki, son illərdə seçdiyim içkilər şampan(ski), şərab, viski və konyakdır, в крайнем случае tequila. Həm də kokteyl deyil, təmiz şəkildə. Çünki, onlara cola və ya konservant şirə (yəni sok) ilə qatmaq və запивать eləmək çox böyük günahdır. Мало ли, onsuz da cəhənnəmdə cavab verməli çox sual olacaq, heç olmasa biri az olar…

Bir necə ay öncə maşının baqajında digər hədiyyə viskini götürərkən qutunun ağzından butulka yerə düşdü və dağıldı. Çox heyfsləndim. Sən demə maşın servisdə olanda, ustalar açıblar və sonra da qapağı kip bağlamıyıblar, onların mən əlinə montirovka verim. Ama bütün gecə həyətdəki pişiklərin veçerinkası səhərə kimi davam etdi. Heç olmasa kimsə ondan xeyir gördu. İndi həyətə düşəndə pişiklər məni hörmətlə miu miu edərək salamlayırlar. Кстати, bizim həyəttəki pişiklər da qlamurnudular, ən pis gündə Vogue jurnalının üstündə yatırlar.

Ruslar demişkən свято место пуст не бывает, yəni qəm yemə bir dəfə viski gələn arxa bir də gələr. Odur ki, gəldi.

P.S. Mən öz hədiyyəmi aldım, bəs siz dostlarınıza nə hədiyyə edəcəksiniz?

#raminmusayevblog #glenfiddich #gülbaşımıza#axşamçağı