Рубрики
Презентация

Çay günü

15 dekebr Beynəlxalq Çay günüdür. Bununla əlaqədar məhdud sayda jurnalistlər üçün Intourist Hotel Baku, Autograph Collectiondə xudmani yeyib-içmək düzəltmişdilər. Mən çox punktual olduğum üçün tam 7-də yerində idim. Necə deyərlər первый ряд, первое место. 10 dəqiqədən sonra qonaqlar yığılmağa başladılar. Vax, vax, kimlər gəldi, kimlər getdi…

Aysel xanım bizə kiçik prezentsiya edib, çaylar haqqında danışdı. Demə bu çayların yığılma vaxtı, onun əkilmə və suvarması, sezon, qurudulması və sair faktorlardan asılı olaraq çayın dadı dəyişir. Necə deyərlər век живи, век учись, yəni çox yaşa, çox oxu. Sən demə bu Jing çaylarını bir necə dəfə zavarka eləmək olar. Bəzilərində hətta birincini atıb, ikincə dəfə dəmləyirsən, bəzilərini elə birincidən içirsən. Özüdə, hər yenisində dadı dəyişir və daha dadlı olur. Lap bizim çayxanşiklərin malıdır, ancaq baha olduğu üçün onlara əl verməz. Yerli sahibkarlar (çayxana saxlayanlar) yerli istehsala dəstək olaraq ancaq doğma istehsallı rəngli çay alırlar ki, 30 saniyəyə “purrengi” olsun, nə qədər çox satsan o qədər sərfəlidir. Bu Jing caylarını ancaq bahalı Otellerə sərf eliyər. Ev üçün isə Grandezza univermağında və Bufetiqque kafesində bulmaq olar. Yəni ekskluziv olaraq alıb evdə hörmətli qonaqlara süzmək üçün, o da baxır sizin çibinizə. Məlumat üçün deyim ki, 15 paket çay 25 manat civarındadır. Ama onu nəzərə alsaq ki, onları 3-4 dəfə dəmləmək məsləhətdir, qiyməti 8 manat hesab etmək olar. Təsəvvür üeliyirəm ki, qonağa 3-4 dəfə eyni paketin üstünə kipitok süzəndə nə stress keçirdəcək. Ona görə öncədən o yazıxlara deyin, sonra arxanızca dedi qodu etməsinlər. 

Mənim ən çox xoşuma gedən yaşıl çay oldu. Ağ çayda dadlı idi, ama 2-ci yer verirəm. Qara çaya isə 3-cü. Ama necə deyərlər на вкус товарищей нет, yəni hərənin öz vkusu var.

Son zamanlar mən yaşıl çaya üstünlük verirəm. Həm də çayı içərək onun dadından ləzzət alıram. Desertləri sevsəm də son zamanlar onlardan imtina etmək məcburiyyətindəyəm. Əlavə çəkini özümlə götürmək istəmirəm, həyat onsuz də ağırdır.

‪#‎Nəsə‬, Jing çayı ləzzət elədi. Çay dəmlənənə kimi isə bizə dadlı zakuskalardan verdilər, biraz açlığımıza ram etdik. Bu axşamın ən xoş hissəsi isə dostcasına söhbət oldu və sonunda Elmar bizə gözəl kollektiv şəkil çəkdi.

Elmar Mustafazadeh ilə bizim çox şəkillərimiz olub, hətta müəyyən zaman birlikdə işləmişik. Mənim Əjdaha ilə (siz düşündüyünüz Əjdaha okeanın o tayındadır) Kiev şəhərində şəkilimi də məhz o çəkmişdi. Sağ olsun, bu çayı da onun sağlığına içək.

P.S. Teg olunmayanlar inciməsin, dostluğumda yoxdurlar. Onlari otmetka eləyən cənnətə düşəcək. Amin!

‪#‎raminmusayevblog‬ ‪#‎tea‬ ‪#‎jing‬ ‪#‎чай‬ ‪#‎çay‬ ‪#‎gülbaşımıza‬ ‪#‎yeyifişmək‬