Рубрики
Ресторан

Çisti tarelka, çisti sovest

Dünən günorta The House Cafe-də PORT BAKU MALL-ın direktoru Rahim Abbasovla söhbət edirdik. Bir az sonra Rasim Aliyev də gəldi və mənə kiçik food testing təklif etdi. Yeni menyudan quzu döşü və balqabağ-kartof püresi ilə qarnir seçdi. Təklifinə dedim ki, döş hissəsini çox sevirəm. Hər zaman elə onu yeyirəm. Başqa fikir keçməsin ağlınızdan. Bir necə növ testləri sevirəm: avtomobil, dadlı yemək və səyahət.

Yemək mənim üçün ləzzətdir, aclığı boğmaq üçün yemirəm. Gözəl, dadlı və qeyri adi xörəklərə üstünlük verirəm. Əlbəttə ki, mən Apple şirkətinin əski “Think different” sloqanını göz önündə tutaraq, xörəyi deyil, yeyəndən sonra tarelkanın şəkilini yerləşdrirəm. Yəni, yedim, üstündən də su içdim. Sona qədər yedimsə, deməli dadlıdır. İnanmırsanız, gedin özünüz yoxlayın. Xoşunuza gəlməsə, deyin gəlim özüm yeyim.

Çıxanda da bir alma götürdüm. Bugün səhər yeyən zaman o döş yadıma düşdü, ona görə öz mülahizələrimlə bölüşdüm.

Çalışıram tam azərbaycan dilində yazım. Bir hadisəni xatırladım. Sovetlər zamanı TV-də azərbaycan dilli adam axtarırlar. Xəbər gəlir ki, içəri şəhərdə bir yaşlı nənə var, onu tapın. Uzun axtarışdan sonra ünvanına gedirlər ki, ay xala bizə azərbaycan dilini bilən adam lazımdır. O da qayıdır ki, bu elə mənəm, azərbaycan dilində çisti danışıram.

‪#‎Nəsə‬, əzizlərim! Bu bazar günü yeyin, için, kef eləyin, qarşıdan 5 günlük dünya gəlir.

‪#‎raminmusayevblog‬ ‪#‎gülbaşımıza‬ ‪#‎thecafehouse‬ ‪#‎portbaku‬ ‪#‎yeyifişmək‬