Рубрики
Моя работа Презентация

Milli modelyer

Şənbə günü Grandezza univermağına dəvət etmişdilər. Mən uzun illərdir deyirəm ki, azərbaycanlı və modanın bir araya gəlməsi çox çətin məsələdir, yəni modelyerləri nəzərdə tuturam. Ama bu o demək deyil ki, heç yoxdur.

Liftlə qalxan zaman tədbirin təqsirkarı Menzer Hajiyeva ilə birlikdə liftə mindik. Məndə «klaustrofobiya» olduğu üçün tanımadığım insanlarla tanış oluram. Bu da klaustrofobiyanın yeni növüdür. 😊

Uzun sözün qisası, yəni karoçe. Mənzər xanum ğənc olmasına baxmarayaq gözəl məhsullar yaradır. Özəlliklə şərfləri bəyəndim. 

Şərflərlə mənim öz haqq hesabım var. Mən uzun illər şərf, qalstuk və hətta yumru boğazlı pulover (xalq arasında jaket) geyinə bilmirdim. Həkimlərə müraciət etsəm də, zob-mob aşkar olunmadı. Sədəcə, stressin nəticəsi idi. Son 3 ildə heç nə vecimə deyil, bunun üçün rus dilində çox gözəl bir söz var, hamınız yəqin bilirsiniz. Bilməyənlər bilənlərdən soruşa bilər. ‪#‎nəsə‬, artıq şərf taxmağı sevirəm…

Belə işlər. Göydəm üç iPhone düşdü. Biri mənim, biri gömrüyün, biri də verginin…

‪#‎raminmusayevblog‬ ‪#‎fashion‬ ‪#‎grandezza‬ ‪#‎gülbaşımıza‬