Рубрики
Моя работа

BakuTel

Dünən Baku Expo Center-də BakuTel sərgisini ziyarət etdim. Öncəki BakuBuild-dən fərqli olaraq bu çox zəif idi.

Delta Telecom-um böyük stendi olsa da, bom boş idi. Yəqin serverin yanması təsir edib. Nəsə, Ba-ba-lı Serverin boynuna!

Mobil operatorların stendinə böyük maraq vardı, o da xalyavni fillərin paylanması idi. Gözümə gümüş kombinezondakı inoplanetyankalar sataşdı. Divi-nin sərgisindəki polis xeylaqları dediklərinə görə kseroksu qoruyurlar. Özüdə o qədər rola girmişdilər ki, kobud cavab verirdilər, elə bil məni cinayət üstündə yaxalıyıblar. Canımı zorla qutardım. 

Çox maraq çəkən stendlərdən biri də çin markası Xuayvey idi. Xotya ruslar deyirlər ki, как назовёшь корабль, так и поплывет, yəni gəminin adı üstündədir, bu firma heç də kötü telefon qayırmır. Əksinə, təqdirə layiq smart-lar təklif edirlər.

Çoxsayda tanışları gödüm, bir az vəziyyətə ağladıq, bir az güldük… Uje yadımda deyil nə danışırdım onlara. Başımdakı Hard Drive-da yer qalmayıb, gic-gic fikirlərlə və planlarla doludur.

Vofşum, vaxtımı hədər keçirmədim. Əgər orda olmunuzsa, fikrinizi yazın.

‪#‎raminmusayevblog‬ ‪#‎bakutel‬ ‪#‎doğmastatus‬