Restoranniy gic

Bugünki axşam statusum ofsyantlar (yerli dialekt) haqqında idi. Amma onu çoxu anlamadı. Amma mən onunla yerli restoranalrdakı xidmətçilərin özlərini aparmağından söhbət gedir. Çünki onlar vəzifələrindən utanır və özlərini restoranın sahibi kimi aparıralar. Yəni, mən elə belə burda xidmət edirəm, ama buranı mən saxlayıram. Bununla çox qarşılaşırıq.

Bu yaxınlarda xarici qonaqlarla restorana şam yeməyinə getmişdik. Çox bahalı olmamalı idi. Menyuyə baxandan sonra sifariş etdik. Kompot xahiş etdim. «Xolodni»ni verdi və dedi ki, kompot yoxdu, ama yaxşı nar suyu var, sıxılmış. Ama qiymətinə baxmadım və razılıq verdim. Bizlərin problemi ele bundadır. Qonaqları razı salmaq istəyirik və zox zaman qiymət ilə maraqlanmırıq və onlarda bundan istifadə edirlər. Nə isə, axırda hesabı gətirəndə, baxdım ki, nar suyunun qiyməti dolmadan da bahadır, salatları isə onların sözü ilə 3 pors (порция) veriblər ki, birdən az olar. Ama onun da yarısını yemişdik. ‪#‎Nəsə‬, uzun sözün qısası gülümsünüb sözümü dedim. Anladım ki, bunlar bir günlük işləyənlərdəndir. Çayıvoy vermedim.

Buna çox yerdə rast oluruq, ona görə sahibini və ya administratorunu tanıdığım restoranlara üstünlük verirəm. O restoransa mənim qara siyahamdadır. O içəri şəhərdəki «Manqal»-dır.

Xatırladım ki, Apple işinə baxanda çox adam mənimlə məsləhət edirdi və hər kəs ən bahalı kompyüter almaq istəyəndə, mən onunla aydınlaşdıraraq çox hallarda daha ucuz və ona uyğun olanı məsləhət görürdüm. Bəlkə də səhv edirdim…

Ruslar deyiblər ki, «С волками жить, по волчьи выть» (bizim dildə Palaza bürün, elnən sürün). Bir ədəbsiz lətifə düşdü yadıma.

P.S. Sabah Almaniyada olan hadisəni yazacağam.

***********

Yeni prokuror Şəkidə yeməyə gedir, ama onu heç kim tanımır. Piti sifariş edir. Gətirirlər. Xoşuna gəlmir, deyir aşbazı çağırın. O da baltanı götürüb çıxır müştərinin yanına ki
— Nə sözün var?
— Sən kimsən? — deyə müştəri soruşur?
— Bəs sən kimsən?
— Mən rayonun yeni prokuroru!
— Mən, mən… mən də sənin s***n başı!

‪#‎raminmusayevblog‬ ‪#‎restoran‬