Рубрики
Мнение

Kimdir müqəssir?

  1. Hər kəs etdiyi hadisəni, gördüyü hər şeyi videoya çəkib bölüşür. Sürətlə avtomobil idarə edir, başqasını təhqir edir, seks zamanı və sairə. Düşünmədən edir.
  2. Sonra da bunlar ictimaətləşir. Bu da digər yan effekti. Kiminsə qarşısına belə şeylər çıxan kimi like, komment xətrinə sosial şəbəkələrdə, sonra da baxış arxasınca qaçan mediada yayımlanır.
  3. Bunları görən kütlə həmin «qəhrəmanlar» qınağa atəşinə tutur və olan hadisəyə hiddətlənir və təəcüblənirlər. Kimisə həbsə atandan sonra sakitləşir, öz missiyasını yerinə yetirmiş hesab edir. «Ədalət öz yerini tapdı»… Gələn hadisəyə qədər.

Amma, hər kəsin şkafında skeletlər var, ən çox har-küy salanlarda isə skeletlər külli miqdardadır. Bu psixologiyadır, insan özündən asılı olmayaraq, şüuraltı edir. Ən çox digərlərinə yaxşılıq adı ilə pislik edənlər məhz ən yüksək səslə qışqırıb, köynəyini cırır.

Hadisələrə gəldikdə isə onlar həmişə olub, olur, olacaq da… sadəcə indi sürətlə yayılır, əvvəllər isə məhdud adam bilirdi.

Deyirlər, ictimai qınaq olmalıdır. Hamı kimisə günahlandırmaq və cazalandırmaq istəyir, amma vəziyyəti düzəltmək istəyən yoxdur. Əgər mərkəzi meydanda edamla ölüm hökmü olsaydı, ən çox tamaşaçı toplayan tədbir olardı.

«Günahsız insanlar…» ifadəsi çox gülməlidir. Çünki, günahsız insan yoxdur. #gülbaşımıza