Çox «patriotlar» rus dilində yazanları tənqid, tənbeh, hətta təhqir edirlər. Amma özləri heç doğma dilini dürüst bilmirlər. Neçə dəfələrdir ki, bu şəkildə yazılan statuslata və kommentlərə rast gəlirəm. Nə nöqtə, nə vergül, nə normal fikir çatdırma… heç anlamırsan ki, nə demək istəyir. Mobil Operatorların səhifəsində çox belə kommentlər var. Budur mu Azərbaycan dili? Patriotizm həm […]
Метка: gülbaşımıza
Azərbaycandilli yazıları əks etdirən həştəq
Nənövün təndiri
Əksər hallarda Bakıda mağaza və restoranlara xarici adlar verirrlər. Bir də görürsən elə addır ki, nə deyə bilirsən, nə də anlaya (başa düşmək mənasında). Amma son zamanlar şəhərimizdə açılan resoran, mağaza və sairə abyektlərə daha yaxşı adlar verlməyə başlanıb. Bu hal sevindirməyə bilməz. Özəlliklə Beat Group-un işləri xoşuma gəlir. No… Hər dəfə “Nənəmin Təndiri”nin yanından […]
Benzin də qalxdı, amma hələ Premium. Atalar demişkən, buna da şükür. Yaxşı ki, 92-yə əl dəymiyiblər. 2014-dəki qiymətlər yüksələnə kimi 95 istifadə edirdim. Sonra elə oldu ki, N rayonunda baka 92-i vurdum. Fərqi yalnız onda oldu ki, 95 tez bitirdi. Takşto, gedin keçin 92-yə. O anekdot var e, konyak yarışında eyni iştirakçının 3 ulduzlu konyakı […]
Məktəbdə Qalmaqal
Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov müəllimənin kompyutürini əlindən alaraq, orada erotik videolar aşkarlayandan sonra jurnalistə deyib ki, «Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim.» (Qafqazinfo.az) Məktəbin direktoru şagirdlərə nə öydəcək?! Heç özü heç nə görməyib.
Yerli xəbərlər
Yerli mediada xəbərləri oxuyanda bir söhbət yadıma düşür. Zəng alıram, mənə təklif edirlər:— Ramin m, çox istərdim ki, bizim filmdə iştirak edəsiniz. Rol tam sizə görədir. Siz axı avtomobil sahəsində çalışırsınız— Nə etmək lazımdır?— Filmdə siz gənc oğlanın atası rolunu oynayacaqsınız. Orada oğlunuza bağışladığınız maşının açarını əlindən alırsınız…— Buna professional avtomobil mütəxəssisi lazımdır… Xəbərləri oxuyuram, […]
Sənə də qalmaz…
Dünən xəbərlərdə oxudum ki, Port Bakının yanındakı dəmir yolu relslərini sökəcəklər. Mane olmamaq üçün işlər gecələr aparılacaq. Yazıqlar gecə gündüzü səhv salıblar. Həyatlarını riskə ataraq maşınların qabağına çıxan mərd və qorxusuz kişilər hələ də ölkəmizdə var. Xəbərdə təhlükə olaraq, şəhərin mərkəzində, 6 zolaqlı mərkəzi yolun ortasından keçən qatarın videosu göstərilirdi. Xahiş edirəm gileylənin ki, köhnə […]
Axmaq Sorğu
Cammatın gözünü o qədər qorxudublar ki, hətta fikrini düz deyə bilmir. Bir də, bu sorğunu normal bir yerdə edin. Yoxsa, bu video azərbaycanlıları axmaq və savadsız kimi göstərir. Görəsən jurnalistlər nə qədər reytinq üçün məlumatı təhrif edəcəklər?! Yenə də barmaq sormaqla məşğuldular. Belə anlarda Dostoyeskinin «İdiot» romanı yadıma düşür.
Brian Tracy deyir
«Yaxşı liderlər həyat boyu çoxlu problemlərlə üzləşir və təcrübə toplayırlar. Bu insanlar əsl liderlədir. Öz təcrübəniz ilə bölüşün. Hamı sizi dinləyir. Hətta arxanızca danışırlar.» Mən belə başa düşdüm ki, super Liderəm. Brian, çoxsağol. Rahatlaşdım, anladım ki, bu nə məsələdir…
Azərbaycanda ən sərfəli biznes yeyib-içməkdir, yəni restoran, kafe və market (mini, maxi, super, puper, grand və sairə növləri). Çünki, həyat nə qədər ağır olsa da… böhran filan, sevgi həyalları və ya onların qırılması (türklər “hayal kırıklığı” deyillər, türk seriallarına baxanlar yaxşı bilər) pastayannı yeməyə və içməyə asılılıq yaradır. Fəvvarələr meydanənından bulvara gədən yolda sağ və […]
Bəs sən səs verdin?
Seçki məntəqəsinin bağlanmasına 5 dəqiqə qalmış çatıb, səs verdim. Əvvəl dedilər ki, bağlanıb. Amma mən öz vətəndaş haqlarımı onlara bildirib, keçdim və borcumu verdim. Kaş elə bütün borclar belə verilsəydi… Səs verməyən şəxslər deyirlər ki, onsuz da saxtalaşdıracaqlar. Çünki onlar tənbəllik və məsuliyyətsizlik edir, sonra da şikayətlənirlər ki, mənsiz də qərar veriləcək. Oturub evdə ağlamaqnan […]